Yassin Benzya cari mövsümün sonunda "Qarabağ"ı tərk edə bilər.
"AlkassTVSports"un məlumatına görə, əlcəzairli yarımmüdafiəçi “Esperans”in maraq dairəsindədi. Hətta tərəflər artıq danışıqlara başlayıb.
Tunis çempionu futbolçunu klublararası dünya çempionatının başlayacağı ərəfədə heyətinə qatmaq niyyətindədi.
Xatırladaq ki, Benzyanın "köhlən atlar"la olan müqaviləsi cari mövsümün sonuna qədərdi.