FIFA "Esperans"a transfer qadağası qoyub.
“Football-plus.az” saytının məlumatına görə, buna səbəb Tunis klubunun "Neftçi"dən heyətinə qatdığı Sabir Buqrin üçün ödəniş etməməsidi.
Qərara əsasən, "Esperans” növbəti 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.
Qeyd edək ki, Sabir Buqrin bu ilin yanvarında "Neftçi"dən "Esperans"a keçib.
“Esperans” “Neftçi”yə görə cərimələndi
Ölkə futbolu
