"Qəbələ" Misli premyer-liqasının 12-ci turunda "Şəfa"nı məğlub etdi - 2:0.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqisi Yeton Bekiri oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə, problemlər də var. Bu gün qələbəyə layiq olan tərəf biz idik. "Zirə"yə məğlubiyyətdən sonra bugünkü qələbə çox vacib idi.
- Karim Rossi ötən mövsüm 10 qol vurub, indi isə əsas heyətə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədi?
- Mən "Qəbələ"yə gələndə Rossinin zədəsi var idi. Uzun müddət məşq etmədi. Bu həftə məşqlərə başladı. Bu gün ehtiyatdan oyuna girdi. Növbəti matçlarda daha çox oynamaq imkanı olacaq.
- Qarşıda "Şamaxı" və "İmişli" ilə səfər oyunları var. Süni örtüklü meydançada oynamaq sizi narahat edir?
- Əlbəttə, narahat edir. Çünki süni örtüklü meydançada oynamaq çətinlik yaradır. Amma edəcəyimiz bir şey yoxdu. Orda oynamağa məcburuq. Qəbələdə məşq etmək üçün süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar çıxarar. Bu ölkəni, çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdi. Ona görə də meydançaların yaxşı olması vacibdi.
- "Qəbələ"də sürətli futbolçular çox olsa da, komanda çempionatda ən az qol vuran komandadı. Bunun səbəbi nədi?
- Sizinlə razıyam. Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra yavaş-yavaş sistemi dəyişdik və qolların sayı çoxalmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacaq.
"Bu gün qələbəyə layiq olan tərəf biz idik" - Yeton Bekiri
Ölkə futbolu / Manşet




