İFA London klubuna rəhm etmədi

21.11.2026 23:33 0
Dünya futbolu
“Çelsi” müəyyən məbləğdə ziyana düşüb.

"Football-plus.az" xəbər verir ki, London klubu azarkeşlərinin yolverilməz davranışlarına görə cərimələnib. İngiltərə Futbol Assosiasiyası (İFA) “Çelsi”ni 150 min funt sterlinq cərimələyib. Cəza İngiltərə kubokunun 3-cü mərhələsində “Çarlton”la keçirilən və londonluların 5:1 hesablı qələbəsi ilə başa çatan matçda baş verən hadisəyə görə tətbiq edilib. 56-cı dəqiqədə “Çelsi”nin azarkeşləri din zəminində təhqiramiz, kobud və alçaldıcı ifadələr səsləndiriblər.

Paytaxt klubu müstəqil intizam komissiyasının qərarından apellyasiya şikayəti versə də, müstəqil apellyasiya komissiyası müraciəti rədd edib. Nəticədə ilkin qərar qüvvədə qalıb.