Murad komandasının səfər qələbəsini izlədi

21.11.2026 22:31 0
Dünya futbolu
Cənubi Kiprdə əsas çempionatın 10-cu turunun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Murad Məmmədovun çıxış etdiyi "Pafos" "Omoniya Aradippou"nun qonağı olub. Qarşılaşma qonaqların" qələbəsi ilə başa çatıb - 2:1.

Murad Məmmədov görüşü meydandan kənarda izləyib.

"Pafos" 19 xalla 3-cü pillədə qərarlaşıb.