"Kəpəz"lə "Qarabağ" meydana şəhid övladları ilə birgə çıxacaq

21.11.2026 22:28 0
Ölkə futbolu
“Kəpəz” və “Qarabağ”ın futbolçuları sabah Misli premyer-liqasının 12-ci turunda Gəncə şəhər stadionunda keçiriləcək oyuna şəhid övladları ilə birgə çıxacaqlar.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciəti müsbət cavablandırılıb.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın övladları meydançaya çıxdıqdan sonra həmişə olduğu kimi, oyunu tribunada izləyəcəklər.

Bu ideya “Kəpəz” və “Gəncə Park City”nin təşəbbüsü, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi sayəsində baş tutacaq.