2-ci liqa iştirakçısı "Hypers" baş məşqçisi Elsevər Bəkirzadə ilə yollarını ayırıb.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, mütəxəssis 11-ci turda "Zəngəzur"a qarşı keçirilən oyundan sonra (2:2) istefa verib. Buna klubda ciddi maliyyə problemlərinin yaşanması səbəb olub. Rəhbərlik qarşı tərəfin istəyini qəbul edib.
"Hypers" artıq yeni baş məşqçi də tapıb. Belə ki, Bərdə təmsilçisi sabiq çalışdırıcısı Eldəniz Orucovu növbəti dəfə bu vəzifəyə təyin edib.
Xatırladaq ki, "Hypers" 15 xalla 7-ci sıradadı.
KƏNAN BAHADIR
Baş məşqçi "Hypers"dən getdi, yeni təyinat gecikmədi
Ölkə futbolu / Manşet





