"Bu oyun üzərimizdəki təzyiqi artırdı" - Zaur Həşimov

21.11.2026 21:16 0
Ölkə futbolu / Manşet
"Şəfa" Misli premyer-liqasının 12-ci turunda "Qəbələ"yə uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyun haqda geniş danışılası bir şey yoxdu. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumda oynayacaqdı. "Qəbələ" kritik səhvimizdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı.

- Bu vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürsüz?
- Şikayət etməyi sevmirəm. Amma görürsüz ki, hücumçu mövqeyində konkret çətinliklər var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular - kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq.