Maykl Olise çox güman ki, uzun müddət yaşıl meydanlarda görünməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın futbolçusu bundesliqanın 10-cu turunda “Köln”lə keçirilən matçda (1:1) zədələnib. Fransalı vinger 41-ci dəqiqədə rəqib komandanın yarımmüdafiəçisi Tom Krausla toqquşub və fasilədə əvəzlənib.
Matçdan sonra stadionu qoltuq ağaclarının köməyi ilə tərk edən 24 yaşlı futbolçuda ayaq darağı nahiyəsinin əzilməsi aşkarlanıb. Hələ ki Mayklın sıraya nə vaxt dönəcəyi açıqlanmayıb.
Olise sıraya nə vaxt qayıdacaq?
Dünya futbolu





