Futbolçu koma vəziyyətindən çıxdı

16.05.2025 10:52 7
Dünya futbolu
Tayvo Avonyinin səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

“Nottingem Forest”in hücumçusu koma vəziyyətindən çıxıb. Tayvo premyer-liqanın mayın 11-də keçirilən 36-cı turunun “Lester”lə oyununda (2:2) qapı dirəyinə dəyərək zədələnmişdi. Bağırsağı partlayan futbolçu iki mərhələdə cərrahiyyə əməliyyatı keçirib. Nigeriyalının vəziyyəti əməliyyatdan sonra pisləşmiş və komaya düşmüşdü.

Hazırda onun həyatının təhlükədə olmadığı açıqlanıb.
Avonyi bu mövsüm bütün yarışlarda 32 matçda meydana çıxıb və 2 qol vurub.