3 ay “istirahət edəcək”

2.12.2023 21:49 186
Dünya futbolu
Ansu Fatinin son durumu açıqlanıb.

O, uzun müddət futbol oynaya bilməyəcək. “Brayton”un hücumçusu İngiltərə çempionatının “Nottingem Forest” ilə son oyununda (3:2) zədələnmişdi. İspaniyalı futbolçu bu səbəbdən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, transfer hüququ “Barselona”ya məxsus olan Fati “Brayton”da icarə qaydası ilə oynayır. 21 yaşlı futbolçu hazırkı komandasında 14 oyuna 4 qol vurub.