“Sampdoriya”nın azarkeşləri məyusluq içindədilər.
"Football-plus.az" xəbər verir ki, onların sevimli komandası daha bir uğursuzluğa düçar olub.
“Sampdoriya” tarixində ilk dəfə 3-cü liqada çıxış edəcək. 2 il əvvəl A seriyasında çıxış edən Genuya klubu B seriyasında mövsümü 38 oyuna 41 xalla 18-ci yerdə başa vuraraq 2-ci divizionu tərk edib.
Qeyd edək ki, “Sampdoriya” 1990/91 mövsümündə İtaliya çempionu, 1984/85, 1987/88, 1988/89, 1993/94 mövsümlərində ölkə kubokunun, 1991-ci ildə İtaliya Superkubokunun, 2007-ci ildə isə İntertoto Kubokunun qalibi olub.