26 il sonra A Seriyasında

7.05.2022 11:10 594
Dünya futbolu
Növbəti mövsüm İtaliya A seriyasında çıxış edəcək 2 klub bəlli olub.

"Football-plus.az" xəbər verir ki, “Leççe” və “Kremonese” növbəti futbol ilindən yüksək liqada çıxış edəcəklər.

B Seriyasında mövsümünün nəticələrinə görə, adıçəkilən klublar A Seriyasında çıxış edəcəklər. “ Leççe ” 71 xalla birinci, “Kremonese” 69 xalla ikinci yeri tutub. Nəticədə komandalar yüksək liqaya birbaşa vəsiqə qazanıblar.

A seriyasında çıxış edəcək daha bir komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Leççe” sonuncu dəfə əsas çempionatda 2019/20, “Kremonese” isə 1995/96 mövsümündə çıxış edib.