“Traktor” bu axşam “şumlaya biləcəkmi”?

25.04.2025 13:34 27
Dünya futbolu / Aktual
Bu gün Güney və Quzey Azərbaycan türkləri üçün önəmli gündü. Bakı vaxtı ilə 20.00-da “Traktor” “Fulad”la səfər oyununa çıxacaq. Bu oyunda qazanılacaq qələbə təbrizliləri çempionluğa çox yaxınlaşdıracaq.

“Traktor” 22-ci turdan təxirə salınan oyunda qələbə qazanarsa, xalını 60-a çatdıracaq və ən yaxın izləyicisi “Sepehan”ı 5 xal qabaqlayacaq. Təbrizlilərin mövsümün sonu üçün təqvimində ən çətin hesab edə biləcəyimiz oyun məhz budu. Ona görə ki, Əhvazı təmsil edən “Fulad” 48 xalla 4-cü pillədədi, mükafatçılar sırasına düşmək şansı var.

“Fulad” azərbaycanlı futbolsevərlərə tanış klubdu. Vaxtilə Mahmud Qurbanovla Rəşad Sadıqov da Əhvazda legioner həyatı yaşayıb.

MÜZƏFFƏR QULUZADƏ