“Barselona” onu yayda satacaq

27.04.2023 19:55 246
Dünya futbolu
Rafinyanın aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Barselona” futbolçunun gələcəyi ilə bağlı qərar qəbul edib. İspaniya mətbuatının məlumatına görə, rəhbərlik yayda 26 yaşlı braziliyalını satmağı planlaşdırır. Klub artıq ona qiymət də qoyub. “Barselona” Rafinya üçün ən az 90 milyon avro tələb edəcək.

Qeyd edək ki, Rafinya ilə “Arsenal” və “Nyukasl” da maraqlanır.