Yayda “Barselona”nı tərk edəcək

8.04.2024 21:20 151
Dünya futbolu
Markos Alonso mövsümün sonunda “Barselona”dan ayrılacaq.

“Football-plus.az” xəbər verir ki, insayder Fabritsio Romano sosial şəbəkə hesabında bununla bağlı məlumat yayıb. O, tərəflərin müddəti iyunun 30-da başa çatacaq müqaviləni yeniləməməyə qərar verdiklərini bildirib.

Alonso 2022-ci ilin sentyabrından “Barselona”da oynayır. 33 yaşlı müdafiəçi bu mövsüm yalnız 7 oyunda meydana çıxmaq şansı qazanıb.