"Rotasiya etməyə imkan yoxdu" - Elmar Baxşıyev

18.04.2025 23:24 16
Ölkə futbolu / Manşet
"Araz-Naxçıvan" Misli premyer-liqasının 31-ci tur matçında evdə "Turan Tovuz"la heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Hər iki yaxşı mübarizə apardı. Bizi hansı təhlükənin gözlədiyini bilirdik. Rəqibin üstün cəhətləri haqda komandaya məlumat vermişdik. Yola davam edirik.

- Bir xalı qənaətbəxş sayırsız?
- "Turan Tovuz" əsas rəqiblərdən biridi. Onlar da öz iddialarını göstərdi. Bu gün hər iki komanda qalib gələ bilərdi.

- Kubok oyununu nəzərə alaraq, bu matçda hansısa dəyişiklik etmişdiz?
- Heyət geniş deyil. Zədəlilər də var. Rotasiya etməyə imkan yoxdu.

- Hakimliklə bağlı fikriniz necədi? Vandersonu ilk səhvində bağışlamadı, amma Faiq Hacıyevə qarşı yumşaq davrandı...
- Hakimlikdən danışmaq istəmirəm. Qərarlara hörmətlə yanaşmalıyıq. Belə oyunlarda hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə...Hakimlər özləri də deyir ki, ucuz sarı vərəqədi.  

- Matçdan sonra Nuno Rodriqeslə danışığınız oldu...
- Bəli, verdiyim təlimatlarla bağlı danışdıq. 

- "Qarabağ"la kubok görüşündən gözləntiniz nədi?
- Bizim üçün hər oyun önəmlidi. Bu matçı unudub, qarşıdakı matça hazırlaşacağıq.

KƏNAN BAHADIR