'Qalatasaray''ın icarəyə verdiyi futbolçu İtaliyaya yollana bilər

17.04.2025 23:14 10
Dünya futbolu
Müqavilə ilə ''Qalatasaray''a məxsus olan və icarə əsasında ''Verder''in şərəfini qoruyan Derrik Könlə bağlı sürpriz xəbər yayılıb.

''Football-plus.az'' xəbər verir ki, Almaniya klubu bu futbolçunu daimi əsasda transfer etmək hüququna malikdi. Bunun üçün yayda İstanbul nəhənginə 5,125 milyon avro ödəmək lazım olacaq. Amma Almaniya mətbuatı bu yaxınlarda iddia etmişdi ki, ''Verder'' bu maddədən yararlanmayacaq və Kön yayda İstanbula geri dönəcək. Ancaq sol müdafiəçiyə ciddi maraq göstərən başqa bir klub ortaya çıxıb. Özü də bu, ''böyük beşlik'' təmsilçisidi.

Söhbət ''Udineze''dən gedir. İtaliyanın ''Europa Calcio'' nəşrinin yazdığına görə udinelilərin almaniyalı baş məşqçisi Kosta Runyaiç Derrik Könün oyununu bəyənir və həmyerlisini komandasında görmək arzusundadı. Ona görə də ''Udineze''nin mövsüm bitən kimi ''Qalatasaray''la danışıqlara başlayacağı gözlənilir. ''Cim-Bom'' 26 yaşlı futbolçunu ötən mövsümün qış fasiləsində 2-ci bundesliqa təmsilçisi ''Hannover-96''dan 3,35 milyon avro qarşılığında transfer edib.

Bu mövsüm ''Verder''in heyətində 25 rəsmi oyunda iştirak edərək 2 qol, 2 məhsuldar ötürmə ilə fərqlənən, amma son vaxtlar əsas heyətdəki yerini itirən Derrik Könün ''Qalatasaray''la 2026-ya qədər müqaviləsi var. Onun transfer dəyəri 6 milyon avro civarında qiymətləndirilir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul