Klubu ilə yenidən anlaşdı

16.04.2025 13:52 6
Dünya futbolu
Kristian Pulişiç “Milan”da daha uzun müddət çıxış edəcək.

O, klubu ilə yenidən anlaşıb. Amerikalı futbolçu rəhbərliyin yeni təlifini qəbul edib. Pulişiçin müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər uzadılacaq. Yarımmüdafiəçinin illik maaşının 4 milyon avrodan 5 milyona qədər artırılacağı da məlum olub.

Kristian “Milan”da 2023-cü ildən çıxış edir. 26 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 38 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib.