Klubu ilə yenidən anlaşdı

8.06.2024 12:05 242
Dünya futbolu
Lautaro Martines ilə bağlı şayiələrə birdəfəlik son qoyulub.

Argentinalı futbolçu klubu ilə yenidən anlaşıb. Dünya çempionu tezliklə “İnter” ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadacaq. Yerli mənbələr Lautaronun illik məvacibinin 9 milyon avroya qədər artırılacağını da xəbər verib.

O, “İnter”də 2018-ci ildən çıxış edir. Martines indiyədək bu komandada 282 oyun keçirib, 129 qol vurub və 43 məhsuldar ötürmə edib.