Jezuş Braziliyaya qayıdacaq?

14.04.2025 22:56 21
Dünya futbolu
Braziliya yığmasının yeni baş məşqçisinin kimliyi böyük ölçüdə müəyyənləşib.

Bu vəzifəyə Jorje Jezuşun təyinat almaq şansı yüksəkdi.

“UOL Esporte”nin yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssisin “Əl-Hilal” ilə müddəti yayda sona çatacaq müqaviləsi daha tez pozula bilər. Bunun komanda Səudiyyə Ərəbistanında çempion ola bilməyəcəyi halda baş vermək ehtimalı çoxdu. “Əl-Hilal” mövsümün sonuna 8 tur qalmış lider “Əl-İttihad”dan 5 xal az toplamaqla 2-ci yeri tutur.

Qeyd edək ki, Jezuşun Braziliyada iş təcrübəsi var. 70 yaşlı məşqçi 2019-20-ci illərdə “Flamenqo”nu çalışdırıb.