''Əl-Hilal''ın qələbə seriyası 34-ə çatdı!

12.04.2024 13:25 199
Dünya futbolu
''Əl-Hilal'' qələbələri sıralamada davam edir. Dünən Səudiyyə Ərəbistanı superkubokunun həlledici oyunu baş tutdu.

Finalda ''Əl-Hilal'' Kərim Benzemanın şərəfini qoruduğu ''Əl-İttihad''la qarşılaşdı. Jorje Jezuşun çalışdırdığı ''Əl-Hilal'' 4:1 hesablı inamlı qələbə qazanaraq tarixində 4-cü dəfə ölkə superkubokuna sahib çıxdı. Ər-Riyad təmsilçisi həm də dünya rekordunu növbəti dəfə yenilədi. Çünki komandanın rəsmi matçlarda qələbə seriyası 34 oyuna çatdı!

Qeyd edək ki, superkubokun yarımfinalında ''Əl-Hilal'' Kriştiano Ronaldolu ''Əl-Nəsr''i 2:1 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşmada Ronaldo qırmızı vərəqə almışdı. ''Əl-Hilal''ın mövsümü 4 titulla bitirmək şansı var. Komanda həm ölkə kubokunda, həm də Asiya Çempionlar Liqasında yarımfinala yüksəlib. Ölkə çempionatında isə Jezuşun kollektivi sona 7 tur qalmış ''Əl-Nəsr''i 12 xal qabaqlayır.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul