Aprelin 10-11-də İran çempionatında 26-cı turun oyunları keçirilib. Buna qədər çempionluğa doğru inamlı addımlarla irəliləyən “Traktor”, təəssüf ki, səfərdə “Çadormalu” ilə heç-heçə edib – 2:2.
Liderin ən yaxın izləyicilərindən “Sebahan” “Mes Rəfsəncan”ı, “Persepolis” “Nassaji”ni 1:0 hesabıyla məğlub edib. Təbrizlilər 55 xalla turnir cədvəlinin önündə qərarlaşıb. Onların ehtiyatda bir oyunu da var. “Sebahan” 53, “Persepolis” 51 xala malikdi.
27-ci turun oyunları aprelin 16-18-i aralığında keçiriləcək. Təbriz klubu aprelin 18-də turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Malavan”ı qəbul edəcək.