Krivotsyukun komandası xal qazandı

12.04.2025 23:34 25
Dünya futbolu
Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Seul”la qarşılaşıb.

İlk hissədən sonra Krivotsyukun komandası 2:0 hesabı ilə öndə olsa da, fasilədən sonra 2 dəfə fərqlənən meydan sahibləri məğlubiyyətdən qaçıblar - 2:2.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətində yer alan 26 yaşlı müdafiəçi sonadək meydanda olub.

Qeyd edək ki, 8 turdan sonra aktivində 17 xal olan “Daejeon” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.