Krivotsyuk 90 dəqiqə oynadı

11.07.2024 10:41 289
Dünya futbolu
Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turda “Seul”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Anton bu görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və sonadək oynayıb. Futbolçu 90+5-ci dəqiqədə sarı vərəqə alıb

“Daejeon” hazırda 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.