Oktyabrın 22-də Konfrans Liqasının (KL) əsas mərhələsinin 2-ci turu keçirildi. Liqa mərhələsinə qələbə ilə başlayan komandalardan 8-i azarkeşlərini yenə bu nəticə ilə sevindirdi.
Hesabat turunda qeydə alınan nəticələr sırasında qitənin 5 aparıcı ölkəsini təmsil edən əksər komandaların büdrəməsi diqqəti daha çox cəlb etdi. Doğrudu, bir oyunda məhz “böyük beşlik” təmsilçiləri qarşılaşdı: “Monako” öz meydanında “Frayburq”u 3:0 hesabıyla məğlub etdi. “Brayton” Çexiyada “Yablonets” ilə qolsuz “sülh”ə razılaşdı.
“Atalanta” Niderlandda “Ayaks”dan iki cavabsız top buraxdı. “Xetafe”nin İspaniyada “Luqano”ya 2:5 hesabıyla uduzması daha çox səs-küy doğurdu. Komandalar artıq 7-ci dəqiqədə bir-birinin qapısına 3 dəfə yol tapdılar. Bu, 1989-cu ildən sonra Avropanın “2-ci” və “3-cü” dərəcəli klub turnirlərində 3 qolun ən erkən vurulduğu ilk oyun oldu. Xatırladaq ki, 37 il əvvəl “Yuventus” UEFA Kubokunda “Qurnik”in qapısından ilk 6 dəqiqədə 3 top keçirmişdi.
liqa mərhələsi, 2-ci tur
Monako (Fransa) - Frayburq (Almaniya) 3:0
Brunner, 45+2. Kamara, 83. Fati, 90+2.
Monako: Qradetski, Vanderson, Teze, Sane, Mavissa, Kamara, Diop (Zakariya, 68), Deturbe (Subeyr, 58), Qolovin (Nazinyu, 79), Kulibali (Fati, 58), Brunner (Ablin, 79).
Frayburq (Almaniya): Bakhaus, Kübler, Ginter, Rozenfelder, Makenqo (Troy, 62), Eqqeştayn, Engelhardt (Osterhaqe, 15), Beste (İrye, 82), Sudzuki (Höler, 46), Qrifo (Şerhant, 62), Matanoviç.
Yablonets (Çexiya) - Brayton (İngiltərə) 0:0
Brayton: Verbrüggen, Koştinya, Svoboda, Boskalyi (Vuşkoviç, 68), Acam (Kadıoğlu, 86), Qross (Andres, 88), Yalkuye, Hinşelvud (Ayari, 68), O’Rayli (Devid, 68), Osman, Rütter.
Xetafe (İspaniya) - Luqano (İsveçrə) 2:5
Ason, 2. Mayoral, 74 - Ayeti, 3; 26. Siminyani, 7. Bislimi, 50. Berens, 90+2.
Xetafe: Soriya, Abkar (Qudel, 46), Qarsiya, Femeniya (Terrats, 46), Valu, Davinçi (Moxika, 46), Cene, Serrano, Risko (Satriano, 46), Ason (Unal, 66), Mayoral.
Ayaks (Niderland) - Atalanta (İtaliya) 2:0
Arokodare, 87. Uazan, 90+3.
Atalanta: Karnesekki, Kristensen, Obriç, Bellanova, Zappakosta, Qaetano (Paşaliç, 80), Ederson, Elmas (Rou, 80), De Ketelare (Samarciç, 62), Zalevski, Skamakka (Krstoviç, 72).
Trabzonspor (Türkiyə) - Harts (Şotlandiya) 2:0
Salah, 32. Frankulino, 58.
Trabzonspor: Onana, Mendi (Fabinyo, 87), Akaydın, Özkaçar, Kabral, Buşuari (Tufan, 71), Jabol-Flkarelli (Şimşir, 71), Kabasakal, Savyolu (Akçay, 87), Salah (Pina, 71), Frankulino.
Kauno Jalgiris (Litva) - Brann (Norveç) 1:4
Renan Oliveyra, 12 - Kastro, 7. Holm, 25; 40; 86.
İnter Eskaldes (Andorra) - Universitatya Krayova (Rumıniya) 1:3
Arelyano, 78 - Əl-Hamlaui, 3. Bayram, 5. Elizor, 86.
Nordşellann (Danimarka) - ÇSKA (Bolqarıstan) 2:2
Adel, 55; 67 - Qodoy, 8; 88.
İberiya 1999 (Gürcüstan) - Myəllbü (İsveç) 1:1
Cincolava, 55 – Pettersson, 89.
Pafos (Cənubi Kipr) - Riqa (Latviya) 1:1
Teyşeyra, 76 – Kayo, 67.
Srvena Zvezda (Serbiya) - Kopenhagen (Danimarka) 2:2
Elşnik, 34. Kostov, 41 – Qaytarov, 29. Karriso, 70.
Kayrat (Qazaxıstan) - Panatinaikos (Yunanıstan) 1:5
Bekbolat, 79 – Taborda, 6. Dessers, 24-p.; 47. Kanqva, 57. Rastoder, 75.
Tyun (İsveçrə) - Hayduk (Xorvatiya) 0:1
De Almeyda, 17.
Orhus (Danimarka) - Eqnatiya (Albaniya) 1:1
Boqere, 49 – Qruda, 13.
Linkoln Red İmps (Cəbəllütariq) - Tvente (Niderland) 1:4
Nano, 38 – Van den Belt, 20; 57. Veqhorst, 25. Vaydman, 90+4.
Midtüllann (Danimarka) - Sent-Trüyden (Belçika) 0:1
Sölle-Sölle, 42.
Braqa (Portuqaliya) - Gent (Belçika) 2:0
Viktor Qomes, 3. Martines, 76.
Borats (Bosniya və Hersoqovina) - KuPS (Finlandiya) 2:0
Saviç, 29. Deket, 50.
1. Panatinaikos 2 2 0 0 7-2 6
2. Luqano 2 2 0 0 8-4 6
3. Brann 2 2 0 0 6-2 6
4. Trabzonspor 2 2 0 0 6-2 6
5. Monako 2 2 0 0 5-1 6
6. Tvente 2 2 0 0 5-1 6
7. Sent-Trüyden 2 2 0 0 3-0 6
8. Hayduk 2 2 0 0 3-1 6
9. Brayton 2 1 1 0 4-0 4
10. Kopenhagen 2 1 1 0 5-2 4
11. Universitatya K 2 1 1 0 4-2 4
12. Myəllbü 2 1 1 0 3-1 4
13. Ayaks 2 1 0 1 3-2 3
14. Borats 2 1 0 1 3-2 3
15. Atalanta 2 1 0 1 3-3 3
16. Braqa 2 1 0 1 2-3 3
17. Gent 2 1 0 1 1-2 3
18. Frayburq 2 1 0 1 3-5 3
19. Nordşellan 2 0 2 0 3-3 2
20. Riqa 2 0 2 0 2-2 2
21. Eqnatiya 2 0 2 0 2-2 2
22. Srvena Zvezda 2 0 1 1 4-5 1
23. ÇSKA 2 0 1 1 3-4 1
24. Yablonets 2 0 1 1 2-3 1
25. Midtüllan 2 0 1 1 1-2 1
26. Orhus 2 0 1 1 1-2 1
27. Pafos 2 0 1 1 2-4 1
28. İberiya 1999 2 0 1 1 1-3 1
29. Harts 2 0 1 1 1-3 1
30. Xetafe 2 0 1 1 3-6 1
31. Kayrat 2 0 1 1 2-6 1
32. Tyun 2 0 0 2 0-2 0
33. KuPS 2 0 0 2 2-6 0
34. Linkoln Red İmps 2 0 0 2 2-6 0
35. İnter Eskaldes 2 0 0 2 1-5 0
36. Kauno Jalgiris 2 0 0 2 1-8 0
Bombardirlər: Ayeti (Luqano), Dessers (Panatinaikos), Frankulino (Trabzonspor), Kastro, Holm (hər ikisi “Brann”) - 3.
Növbəti turun oyunları noyabrın 5-də keçiriləcək: Orhus – Braqa, Atalanta – Kayrat, Midtüllann - Ayaks, Tyun – Harts, Srvena Zvezda - İnter Eskaldes, KuPS – Gent, Linkoln Red İmps – Hayduk, Myəllbü – Borats, Trabzonspor – Frayburq, Monako – Nordşellann, Kopenhagen – İberiya 1999, Luqano – Kauno Jalgiris, Tvente – Pafos, Xetafe – Brayton, Sent-Trüyden – Brann, Panatinaikos – ÇSKA, Riqa – Yablonets, Universitatya Krayova - Eqnatiya.
8 komanda ardıcıl 2-ci qələbəsini qazandı - İCMAL
Avrokuboklar





