Krivotsyukun komandası səfərdə uduzdu

15.04.2024 17:25 171
Dünya futbolu
Cənubi Koreya çempionatında 7-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Suvon”la qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.

Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə oyuna çıxan futbolçu sona qədər meydanda olub.

Bu nəticədən sonra “Daejeon” 5 xalla sonuncu pillədə qərarlaşıb.