Krivotsyukun komandası qələbə qazandı

16.03.2025 13:30 10
Dünya futbolu
Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun komandası “Daejeon” öz meydanı “Jeju” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Start heyətində meydana çıxan Anton sona qədər oynayıb.

Bu nəticədən sonra “Daejeon” 12 xalla liderliyini davam etdirir.