Krivotsyukun komandasından heç-heçə

25.06.2023 10:51 247
Ölkə futbolu
Cənubi Koreya çempionatında 19-cu turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, yığmamızın futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” da növbəti matçına çıxıb. Komanda səfərdə “Jeju Yunayted”lə qarşılaşıb. 2 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Millimizin üzvü matça start heyətində çıxıb. O, final fitinədək meydanda olub.