"Araz-Naxçıvan" Çempionlar Liqası ilə erkən vidalaşdı

31.10.2026 00:55 90
İdman
"Araz-Naxçıvan" futzal komandası Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib,

"Football-plus.az" xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gəlib.

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçirilən görüş "Araz-Naxçıvan"ın 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla təmsilçimiz Çempionlar Liqasında çıxışını erkən başa vurub.

İlk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn "qırmızı-ağlar" 2-ci turda Bosniya və Hersoqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.