Vinisius ətrafında yeni qalmaqal - əyləncə gecəsi, Bellingemin xəyanəti…

30.10.2026 22:44 63
Dünya futbolu
Vinisius Junior futbol həyatında Allah bilir neçənci dəfə çətin dönəm yaşayır.

“Real”ın hücumçusu uğursuz oyunların, uzunmüddətli diskvalifikasiyanın və braziliyalı sahibkar Virciniya Fonseka ilə ayrılığın ardından Madriddəki evində əyləncə gecəsi təşkil edib. Ancaq həmin məclis də yeni qalmaqal tarixçəsi ilə müşayiət olunub: braziliyalı ulduzla yanaşı, komanda yoldaşı Cud Bellingemin də başı qeylü-qaldadı.

Cud qız dostuna xəyanət edib?
Braziliyanın “LeoDias” portalının yazdıqlarına inansaq, əyləncə gecəsi oktyabrın 15-də təşkil olunub. Vinisius Madriddəki evinə ispaniyalı və braziliyalı modelləri, həmçinin “Real”dan üç komanda yoldaşını – yuxarıda adı çəkilən Bellingemlə yanaşı, Eduardo Kamavinqa ilə Din Höyseni də dəvət edib. Qonaqlar şam yeməyi üçün əyləşib, ünsiyyətdə olub, evin içində çəkiliş aparmaq qadağan olunub. Bununla belə, gecənin bəzi məqamları internetə sıçrayıb. “LeoDias” yazır ki, Bellingem məclisi başqalarından tez tərk edib, ancaq gedən ərəfədə ordakı qızların dodağından öpüb. Onu də nəzərə alaq ki, ingiltərəli ulduz amerikalı model və bolger Eşlin Kastro ilə yaxın münasibətdədi. Onlar ayrıldıqlarını heç yerdə elan etməyiblər.

Portal onu da bildirir ki, Vinisius özü gecənin bir hissəsini Karla adlı həmvətəni ilə birgə keçirib, xanım sonradan futbolçunun yataq otağına keçib. İnternetdə qışların hücumçunu malikanəsini yüksək əhval-ruhiyyədə tərk etdiyini göstərən videolar da var.

Xatırladaq ki, lap yaxınlara qədər Vinisiusun toya hazırlaşdığı deyilirdi. Onun qız dostu, məşhur braziliyalı aparıcı Virciniya Fonseka sentyabrda nişanlanacaqlarına işarə etmişdi. Ancaq bugünlərdə cütlük ayrılıb – son bir ildə üçüncü dəfə.

Cəza, eniş və şəxsi həyatda problemlər
Növbəti qalmaqaq Vinisiusun karyerasında heç də yaxşı olmayan dönəm fonunda baş verib. Braziliyalı mövsüm boyunca qol vurmaqda əziyyət çəkir, “Vilyarreal”la oyunda isə müdafiəçi Natan Salibanın saçından yapışdığına görə qırmızı vərəqə ilə cəzalanıb. Nəticədə futbolçu 4 oyunluğa cəzalanıb – “Barselona” ilə oktyabrın 25-də keçiriləcək “el klasiko”nu da buraxacaq.

Vinisiusun yen məşqçi korpusu ilə münasibətləri də qaydasında deyil. Elə həmin “Vilyarreal”la oyundan əvvəl Joze Mourinyo mövsümdə ilk dəfə forvardı ehtiyatda saxladı. Məhz formasında eniş yaşandığına görə. Braziliyalının bütün turnirlər çərçivəsində keçirdiyi 9 oyunda bir qolu var idi. Çempionlar Liqası çərçivəsində “Roma” ilə oyun (4:3) da nikbinlik üçün əsas vermədi – komandasının qapısına qola səbəbkar olan Junior 2-ci hissədə meydanı tərk etdi, “Real” isə onun yoxluğunda qeyri-adi geridönüşü reallaşdırdı.
Əlbəttə, portuqaliyalı çalışdırıcı publika önündə hücumçusunu dəstəkləyir, ancaq belə də qəribə eyhamlardan yararlanır:

“Vini paltardəyişmə otağında hər kəslə yaxşı yola gedir, sevinc mənbəyidi. Çox böyük şübhəm var ki, onun aldığı bütün təklifləri nəzərə alsaq, şəxsən mənim burda qalmağa davam etməyə gücüm çatardı”.

Bu qalmaqaldan sonra Vinisiusun durumu bir qədər də çətinləşəcək. Cəzalı və qeyri-məhsuldar forvardın təşkil etdiyi əyləncə gecəsi baş məşqçinin və fanatların gözündə onun imicini çətin yaxşılaşdıra.