Krivotsyukun komandası qələbə qazandı

3.03.2025 09:34 130
Dünya futbolu
Anton Krivotsyukun çıxış etdiyi "Daejeon Hana" mövsümün ikinci qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimizin komandası Koreya çempionatının 3-cü turunda evdə "Suvon"a qalib gəlib - 1:0. Krivotsyuk 90 dəqiqə komandanın müdafiə xəttində yer alıb.

"Daejeon Hana" 6 xalla 2-ci yerdədi və lider "Daegu"dan cəmi bir xal geridədi.