Krivotsyukun komandası uduzdu

5.04.2025 17:56 4
Dünya futbolu
Cənubi Koreya çempionatında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, bu gün Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” öz meydanında “Joenbuk”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Krivotsyuk bu qarşılaşmanın iştirakçısı olmayıb. 26 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, 7 turdan sonra aktivində 16 xal olan “Daejeon” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.