Millimiz qələbəni 90+2-ci dəqiqədə əldən verdi...

9.04.2025 00:23 11
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz Millətlər Liqasında üçüncü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığmamız Nikşiçdə Monteneqro yığmasının qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 54-cü dəqiqədə Manə Mollayeva açıb. Rəqib məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb: Yasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Monteneqro ilə Bakıda heç-heçə edib - 0:0. Millimiz ikinci matçda isə səfərdə Litvaya qalib gəlib - 2:0. Siyasət Əsgərovun kollektivi son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

Xal durumu: Monteneqro - 5, Azərbaycan - 5, Litva - 0.