Qadın futbolçulardan ibarət millimiz bu gün Millətlər Liqasında növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 4-cü qrupunda Litvanın qonağı olub.
Vilnüsdəki “Jalgiris” stadionunda keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekublaşıb. Qolları Esra Manya (20) və Nigar Mirzəliyeva (55) vurub.
Bu qələbə sayəsində 2 oyundan sonra yığmamız xalını 4-ə yüksəldib. Qrup lideri Monteneqronun da eyni xalı var. Aprelin 8-də Azərbaycan millisi səfərdə məhz bu komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Bakıda keçirilən Azərbaycan - Monteneqro matçı heç-heçə (0:0) başa çatıb.