Millimiz Monteneqroya qarşı

26.09.2023 12:27 236
Yığma
Bu gün qadın futbolu üzrə millimiz Millətlər Liqasının C3 qrupunda ikinci oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Monteneqro ilə qarşılaşacaq.

Millimiz qrupdakı ilk görüşündə Cənubi Kiprlə heç-heçə etmişdi - 1:1.

Monteneqro - Azərbaycan
Baş hakim: Maral Mirzay Beini (İsveç)
Podqoritsa, “Arena Leskopolje” stadionu. Saat 20.00

Qeyd edək ki, qrupun digər oyununda Cənubi Kipr və Farer adaları milliləri qarşılaşacaq.