Millimiz Litvanın qonağı olacaq - ML

4.04.2025 10:52 9
Ölkə futbolu
Qadın futbolçulardan ibarət yığmamız Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının 4-cü qrupunda Litvanın qonağı olacaq.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 19.30-da start götürəcək. Matçı avstriyalı Marina Zeçner idarə edəcək.

Qeyd edək ki, millimiz aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.