“Qarabağ” Kadini itirdi? – “müayinə və müalicələrdən sonra...”

8.04.2025 16:34 403
Ölkə futbolu / Aktual
“Qarabağ”ın futbolçusu Kadi Borges Misli premyer-liqasının 29-cu turu çərçivəsində “Zirə”ni qəbul etdikləri oyunda (1:0) zədələndi. Meydan sahiblərinin yeganə qolunun müəllifi olan braziliyalı oyun ərzində ikinci dəfə tibbi müdaxiləyə ehtiyac duyduğundan və mübarizəni davam etdirə bilməyəcəyini anladığından 54-cü dəqiqədə meydanı tərk etməli oldu.

“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında dedi ki, Kadinin ayağı şişib. Təcrübəli yarımmüdafiəçi bu üzdən çalışdırıcıdan əvəzlənməsini istəyib.

Bəs, brazililiyalını son durumu necədi? O, növbəti matçlarda komandasına yardım edə biləcəkmi?

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a verdiyi məlumata görə, Kadi özünü yaxşı hiss edir. Müayinə və müalicələrdən sonra qısa müddətdə toparlanan futbolçu sabahdan komandayla birgə məşqlərə qoşulacaq.

Xatırladaq ki, cari mövsümdə “Qarabağ”ın heyətində 8 oyun keçirən yarımmüdafiəçi 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul