"Qarabağ"ın futbolçusu Leandro Andrade Misli premyer-liqasının 12-ci turunda "Turan Tovuz"un meydanında keçirilən matçda (0:0) zədələndi. Belədə oyunu davam etdirə bilməyən futbolçu 36-cı dəqiqədə Emmanuel Addai ilə əvəzləndi.
"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfansında Andradenin sağlamlıq durumuyla bağlı sualı belə cavabladı:
"Belində ağrı hiss etdiyinə görə meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz".
Ağdamlıları noyabrın 7-də Avropa Liqasının 4-cü turunda "Bude/Qlimt"in meydanında çətin matç gözləyir. Bəs Andradenin zədəsi nə dərəcədə ciddidi? Aparıcı oyunçularıdan sayılan yarımmüdafiəçi həmin görüşdə komandasına yardım edə biləcəkmi?
"Football-plus.az" bu suallarla "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdi:
"Bəli, Leandro Andrade rəqiblə toqquşduqdan sonra belində ağrı hiss etdi. Müayinədən sonra bəlli oldu ki, ciddi problemi yoxdu. Həkimlərimizin proqnozuna əsasən, sabah komandayla birgə məşqlərə qoşula bilər".
KƏNAN BAHADIR