"Qarabağ"ın futbolçusuyla bağlı xoş xəbər - "bir həftə sonra..."

12.09.2024 21:52 1 620
Aktual / Ölkə futbolu
Millimizin və "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin zədələndiyini xəbər vermişik.

Xatlrladaq ki, o, ayağında yaranan problem üzündən yığmanın heyətindən çıxarıldı. Bəs futbolçunun son durumu necədi? Məşqlərə nə vaxt qoşulacaq?

Bu suallarla "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:

"Bəhlulun durumu gündən-günə yaxşılaşır. Həkimlərin dünən verdiyi bilgiyə görə, bir həftə sonra komandayla birgə məşqlərə qoşulacaq".

Beləliklə, müdafiəçi Misli premyer-liqasının 6-cı turunun "Qarabağ" - “Səbail" matçını buraxacaq.

KƏNAN BAHADIR