"Qarabağ"da şok itki: Ulduz futbolçu bu oyunu buraxacaq

15.10.2022 13:44 3 837
Aktual / Manşet
"Qarabağ" - "Olimpiakos" oyununun 10-cu dəqiqəsində Kadi Borges əzələsindən zədələndi.

Buna baxmayaraq, mübarizəyə davam etdi. Lakin əziyyət çəkdiyi görən Qurban Qurbanov 62-ci dəqiqədə onu Filip Ozobiçlə əvəzlədi.

Maraqlıdı, Kadinin durumu necədi? Futbolçu növbəti matçlarda komandasına kömək edə biləcəkmi? Bu haqda məlumat almaq üçün klubun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Təxminən bir həftə, 10 gün komandadan ayrı qalacaq. Ciddi olmasa da, əzələsində problem var. Premyer-liqanın 10-cu turunda "Sumqayıt"la oyunu buraxacağı dəqiqdi. Lakin bir problem olmasa, sonrakı matçlarda heyətə qayıdacaq".


ŞAİR ABDULLA