“Hazırda danışacaq vəziyyətdə deyiləm” - Amit Quluzadə

7.04.2025 19:34 67
Aktual / Ölkə futbolu
“Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadənin istefa xəbərləri yayılıb.

Məsələni aydınlaşdırmaq üçün Amit Quluzadə ilə əlaqə saxladıq. Gənc mütəxəssis isə danışmaq istəmədi:
“Hazırda danışacaq vəziyyətdə deyiləm. İnşallah, bir gün danışarıq, üzürlü sayın”.

Qeyd edək ki, sonuncu oyunda “Cəbrayıl”la qolsuz heç-heçə edən“Qaradağ Lökbatan” 1-ci liqada 16 xalla sonuncu pillədədi.

MÜZƏFFƏR QULUZADƏ