Amit Quluzadə yenə “Avropa” deyir

4.06.2024 14:52 205
Ölkə futbolu / Manşet
Ötən ildən bəri işsiz qalan baş məşqçilərdən biri də Amit Quluzadədi.

Sonucu iş yeri “Füzuli” olan gənc mütəxəssis işsiz qaldığı dönəmdə bir sıra təkliflər alsa da, onu qane etmədiyi üçün dəyərləndirmədiyini bildirmişdi. Hətta Avropanın aşağı liqa klublarından biriylə anlaşmağa yaxın idi. Dünən yenidən Quluzadəylə əlaqə saxlayıb karyerasıyla bağlı hansı qərar qəbul etdiyini öyrəndik:
“Hələ gözləyirəm. Görək nə olur. Avropa məsələsinə gəlincə, o vaxt vizaya görə gedə bilmədim. İnşallah, alınarsa, yayda getməyə çalışacam. Bu müddət ərzində 1-2-ci liqa klublarından təkliflər olub. Sadəcə, istədiyim kimi deyildi, adi iş təklifləri idi. Yəni konkret bir məqsəd olmadığı üçün qəbul etməmişəm”.

KAMAL SƏFƏR