Döyüşdə huşunu itirdi, xəstəxanada həyatını...

7.04.2025 15:37 20
İdman
Nigeriyalı boksçu Qabriel Oluvasequn Olanrevaju Qanada keçirdiyi döyüşdən sonra vəfat edib.

"Football-plus.az" xəbər verir ki, 40 yaşlı idmançı Qananın Akkra şəhərində yerli rəqibi Con Mbanuqu ilə keçirdiyi döyüşün 3-cü raundunda huşunu itirib. İlkin tibbi yardım göstəriləndən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum boksçu keçirdiyi döyüşlərdə 13 qələbə (12-si nokautla) qazanıb, 8 dəfə uduzub, 2 dəfə heç-heçə edib.