Nigeriyalı peşəkar boksçu Mirakl Amaeze dünyasını dəyişib.
Football-plus.az xəbər verir ki, 18 yaşlı boksçu sınaq döyüşündən sonra qəfil vəfat edib. Amaeze iki dəfə nokdaundan sonra yerə yıxılıb və ona ilkin tibbi yardım göstərilib. Laqosdakı xəstəxanaya çatdırılan boksçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Amaeze peşəkar boksda iki döyüş keçirib və hər birində nokautla qalib gəlib.
Polşalı MMA döyüşçüsü Tomek Valentek isə Ukraynada dünyasını dəyişib. O, Rusiya ilə müharibə zamanı Donbasda həlak olub. Tomek Ukraynada döyüşən beynəlxalq müdafiə legionunun tərkibinə könüllü qatılmışdı. Polşalı Qlivitsedə təşkil edilən ikinci MMA çempionatının qalibi olub.