Qələbəsini görmədən öldü...

16.05.2023 20:15 265
İdman
Dəfələrlə deyildiyi kimi, boksda ölüm riski yetərincə yüksəkdi.

"Football-plus.az" xəbər verir ki, fillippinli Kennet Yeqano məhz rinqdə huşunu itirəndən sonra 23 yaşında həyatını itirib. O, səkkizqat dünya çempionu Menni Pakyaonun təşkil etdiyi həftəlik boks şousunda Ceyson Fakularinlə 8 raund keçirib. Kennet döyüşdə qalib gəlib, ancaq qalib elan olunandan az əvvəl rinqdə huşunu itirib. Beyninə qan sızan filippinli komaya düşüb və ardından dünyasını dəyişib. Mərhum boksçu peşəkar rinqdə keçirdiyi 8 döyüşün yeddisindən qalib ayrılmışdı...