Tennis dünyasında qiyam yetişir - pul, yenə də pul...

7.04.2025 14:14 6
İdman
ATP və WTA yarışlarında çıxış edən 20 tennisçi “Böyük dəbilqə” turnirlərinin rəhbərliyinə məktub göndərib.

“L'Equipe” nəşrinin yaydığı xəbərə görə, onlar mükafat məbləğinin artırılmasını tələb edir. Məktuba imza atan tennisçilərin adı açıqlanmayıb. Onlar belə hesab edir ki, “Böyük dəbilqə” turnirlərinin təşkilatçılarının əldə etdiyi gəlirlə müqayisədə heç də çox pul qazanmırlar. Adı açıqlanmayan tennisçilər gəlirin 50 faizinin özlərinə çatmalı olduğunu düşünürlər.

Maraq üçün qeyd edək ki, ötən il “Rolan Qarros”un təşkilatçıları gəlirin yalnız 16 faizini tennisçilər arasında bölüşüb. Avstraliya Açıq Çempionatında bu rəqəm 15-20 faiz arasında dəyişib, “Uimbldon” isə gəlirin 22 faizini tennisçilərə paylayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul