Nadal təkcə tennisdə yox, qolfda da güclüdü

23.02.2024 13:41 208
İdman
İspaniyalı tennisçi Rafael Nadal Malyorkada həvəskarlar arasında keçirilən qolf turnirinin qalibi olub.

"Football-plus.az" xəbər verir ki, o, 75 nəfərin qatıldığı və iki gün davam edən yarışda bütün rəqiblərini qabaqlayıb.

37 yaşlı tennis ulduzu 2020-ci ildən bu turnirdə iştirak edir. O, ilk cəhdində 4-cü, 2021-ci ildə 6-cı, 2022-ci ildə 2-ci yeri tutub. 2023-cü ildə isə Avstraliya Açıq Çempionatında aldığı omba zədəsi üzündən yarışa qatıla bilməyib.

Xatırladaq ki, Nadal "Böyük dəbilqə" turnirlərinin 22 qat qalibidi, “Rolan Qarros”u hamıdan çox – 14 dəfə qazanıb.