Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomyak” Polşa Ekstraklasasında 27-ci tur oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda öz meydanında “Zaqlebie” ilə qarşılaşıb. Görüş "Radomiak"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 30-cu dəqiqədə İqor Orlikovski vurub.
Rahil bu görüşün iştirak ərizəsində yer almayıb. Start heyətində yer alan Renat isə 82-ci dəqiqədə Rafael Barbosa ilə əvəzlənib.
Qeyd edək ki, “Radomyak” 34 xalla 11-ci yerdədi.