Millimizin müdafiəçisi Rahil Məmmədovun da formasını geydiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.
Radom təmsilçisi 4-cü turda "Qornik"i qəbul edib. Görüşdə "Qornik" 2:1 hesabı ilə qalib gəlib. Rahil də bu oyunda iştirak edib. O,79-cu dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Radomyak" hazırda turnir cədvəlində 3 xalla 12-ci sıradadır.